Айгюн Кязымова, Namiq Qaraçuxurlu - Bağlanıram

Песня "Bağlanıram" - исполнителя Айгюн Кязымова, Namiq Qaraçuxurlu - скачать в mp3 или слушать бесплатно.

Длительность: 6:10

Размер: 8.9Mb

Прослушано: 765

Клип к песне Bağlanıram




Текст песни

Səninlə görüşəndə ah, necə sərbəst oluram
Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram…
Atıram iş-gücümü qollarında məst oluram
Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram (x2)
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qisqanıram. (x2)
Çox şeyi danışmıram qaraltmamaq üçün qanını
Sən bilirsən sevirəm canımdan artıq canını
Elə hallarda olur ki, görürəm nöqsanını
Danışım, danışmıyım içimdə alışıb yanıram… (x2)
Aygün Kazımova:
Mənim əməllərimi nöqsan hesab eyləmisən
Amma bu böylə deyil hey yanıram, odlanıram (x2)
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qisqanıram (x2)
Mən istərəm, sən hər an məni anlayasan…(2)
Namiq Qaraçuxurlu:
Yağışın damlasının pıçıltısını izləyirəm
O deyir «Yar gələn yolları təmizləyirəm»
Gecikirsən görüşə səbr eliyib gözləyirəm
Gözüm yollarda qalır, kölgə düşür boylanıram (x2)
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram… (x2)
Talayır, parçalayır köksümü süzgün baxışın
Sonra bir yare qoyur üste acı davranışın
Təki yağdırmayasan başıma hicran yağışın
Mənə xoşdur helə bu göz yaşımda islanıram. (x2)
Aygün Kazımova:
Aşiqə səbr eləmək, canan isə naz yaraşır
Sən dözüb səbr eləyirsən baxıram xoşlanıram (x2)
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram. (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)
Mən istərəm, sən sevgimizə inanasan…(x2)
Namiq Qaraçuxurlu:
Elə bir vaxt gələcək ki, xoş heyat görsənəcək
Çağıranda yarımı can deyərək dillənəcək
Hələ bilmir nədir sevmək sevəcək, öyrənəcək
Düşünüb özüm-özümü aldadıram, aldanıram… (x2)
Aygün Kazımova & Namiq Qaraçuxurlu:
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram (x2)
Hələ tezdir səni mən yerə də, göyə də qısqanıram (x2)
Bəlkə mən düz eləmirəm …

Показать текст

Популярные треки

Someone - Vanotek, Denitia
2 Die 4 - Tove Lo
In The Dark - Purple Disco Machine, Sophie and the Giants
#HABIBATI - Пошлая Молли, HOFMANNITA
ИСКАЛА - Земфира

Будьте первым кто оставит комментарий!